Julius Vobay hara gedir: APOEL-ə, yoxsa sabiq komandasına?
05.06.2013 - 11:29
“Neftçi” aparıcı futbolçusu Julius Vobayı itirə bilər. Apasport.az saytının məlumatına görə, hələ ötən mövsümün gedişində “ağ-qaralar”dan ayrılacağı deyilən 28 yaşlı yarımmüdafiəçi yeni müqavilə bağlamağa tələsmir.
Anlaşması bitdiyindən sərbəst futbolçu olan Vobayı Kipr APOEL-i istəsə də, onun Rumıniyaya dönmək variantı daha realdır. Belə ki, “Universtatya” 2011-ci ildə “Xəzər Lənkəran”ı satdığı futbolçusunu qaytarmaq istəyir.
Hələliksə onun başı yığma işlərinə qarışıb. Belə ki, Syerra-Leone millisinə dəvət olunan Vobay 2014-cü il dünya çempionatının seçmə mərhələsində iyunun 8-də Tunis, 15-də Kabo Verde ilə rəsmi oyunlarda heyətdə olacaq.

0
0