“Bəzi futbolçular borcunu qaytarmalıdı”
05.06.2013 - 13:28
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis öncə iyunun 7-də Lüksemburqa qarşı keçiriləcək oyunun hazırlığından danışıb.
- Hazırlıqdan razıyam. Şadam ki, Qətərlə oynamaq imkanımız oldu və onlara minnətdaram. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Eləsi var ki, 100 faiz hazır deyil. Bəzi futbolçulardan Lüksemburqla oyunda razı qalmadığımdan, borclarını qaytarmalıdırlar. Hər oyunçu 100 faiz əlindən gələni etsə, onda qalib gələcəyik. Sözsüz ki, qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim, o cümlədən Lüksemburq hədiyyə etməyəcək. Hücumlarımızı cinahlardan qurmalıyıq. Mərkəzdən qursaq, onlara qol vurmaq çətin olacaq. İki məşqimiz qalıb, standart vəziyyətlərdə çox işləyəcəyik. İyunun 7-də qalib gəlmək istəyirik.
- Rauf Əliyevə Vüqar Nadirov yoxluğunda hücum xəttində problem olmayacaq?
- Əsas söhbət ondadır ki, biz hücuma gec qoşuluruq. Problem təkcə Raufla Vüqarla bağlı deyil. Cihan Özkara da heyətdə yoxdur. Pərdis Fərcad-Azadın da zədəsi olduğundan, oynayacağı bilinmir. Dörd hücumçunun yoxluğu itkidir. Çempionatın bombardirlər siyahısına baxsaq, ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur.
- Belə demək olar ki, Arif İsayev ilk dəqiqələrdən oynayacaq?
- İndi bunu tam dəqiq deyə bilərəm. Arifi çoxdan görməmişdim. Məşqdə razı qalsam da, Qətərlə oyunda tam istədiyimi ala bilmədim. Gözəl insandır, ancaq bizə Lüksemburqla matçda aqressiv, sürətli futbolçular lazımdır. Mən həmin mövqedə - yarımmüdafiənin sol cinahında Vaqif Cavadovdan çox şey gözləyirəm.
- Vaqifdən fərqli, Arif qol vurub...
- O, Türkiyənin I liqasında, Vaqif isə Azərbaycan Premyer Liqasında oynayır.
- Qətərlə qarşılaşmada qol vuran Rüfət Dadaşovun mərkəz hücumçusu kimi oynamaq şansı necədir?
- Bunu Rüfət məşqi ilə deməlidir. Həmin mövqedə Branimir Subaşiç, Elvin Məmmədov oynaya bilər. Fərqi yoxdur, “Bavariya”dan Mario Qomes oynasın, hücumçuları zərbə mövqeyinə çıxarmaq lazımdır. Bu, bizdə problemdir.
- Yarımmüdafiə və hücum xəttində problemləri nəzərə alsaq, “Qəbələ”dən Dodo, “Neftçi”dən Flavinyonun milliləşdirilməyi mümkündür?
- Məncə, onlar hazırda Azərbaycan yığmasında oynaya bilməzlər. Bütün legionerlər başqa ölkənin yığmasında çıxış etmək hüququna malik deyil. Son illərdə gənc futbolçulara özlərini göstərməyə imkan vermişik. Buna vaxt lazımdır. Mən azərbaycanlılara şans vermək istəyirəm. Şvaynştaygerə Azərbaycan pasportu ver, bununla iş bitmir. Ronaldo elə-belə bu səviyyəli futbolçu olmayıb, gündə 5 dəfə məşq edir. Azərbaycanın 17 yaşlılardan ibarət yığmasında 4-5 yaxşı oyunçu var. Mən legionerlərin yığmaya cəlb olunmağı ilə bağlı suala həvəssiz cavab verirəm. Sənədləşmədə problem var, FİFA buna diqqət yetirir.
- Lüksemburqa qalib gəlməsək, millimizin üstündən qara xətt çəkə bilərik?
- Mən qələbə gözləyirəm. Mənfi fikirləşmək lazım deyil. Bu zaman mənfi nəticə əldə edilir. Hər bir şəxs ölkəsi ilə fəxr etməlidir. Futbolçular 100 faiz güclərini qoysalar, qələbə qazanacağıq.
- Azarkeşlərə nə söz verdiniz?
- Futbolçularımdan çox şey asılıdır. Onlar öz oyunları ilə azarkeşlərə siqnallar verməlidir. Mən Qazaxıstana qalib gəldiyimiz stadionda ab-havanı görmək istərdim.
- Millimiz ilk dəfə oynayacağı “Bakcell Arena”da qalib gələrsə, daha Respublika stadionda yox, orda matç keçirməyi düşünürsünüz?
- Biz başqa stadionlarda da oynamışıq. Ancaq Rusiya ilə ev oyununu “Bakcell Arena”da keçirə bilmərik. Çünki həmin matça çoxlu azarkeşlər gəlmək istəyəcək. Ancaq Şimali İrlandiya ilə “Bakcell Arena”da oynamağı özüm üçün təsəvvür edirəm. Rusları isə “Tofiq Bəhramov”da udmaq istəyirik.

0
0