Viktor İqbekoyi: ...başqa təkliflərə baxacağam
05.06.2013 - 14:51
“Dənizlispor”la anlaşa bilmədiyim haqda yazılanlar həqiqəti əks etdirmir. Sadəcə, mən Dənizliyə çatanda klubdan bir həftə gözləməyimi xahiş etdilər”. Bunu apasport.az saytına açıqlamasında nigeriyalı futbolçu Viktor İqbekoyi deyib.
AZAL-dan ayrıldıqdan sonra işsiz qalan İqbekoyi “Dənizlispor”la danışıqlara yollanmışdı. Yenidən Bakıya qayıdan 26 yaşlı dayaq yarımmüdafiəçisinin Türkiyə klubu ilə danışıqlarının uğursuz olduğunu bildirilirdi.
Ancaq İqbekoyinin sözlərinə görə, yazılanlar həqiqətə uyğun deyil: “Dənizlispor”la hər şey qaydasındadır. Orda prezident, vitse-prezident və baş məşqçi ilə görüşdüm. Ancaq “Dənizlispor”da prezident seçkiləri olmalıdır. Bu seçkilər başa çatdıqdan sonra klubun yeni rəhbərinin adına aydınlıq gələcək. Məhz buna görə mənim gözləməyim xahiş olundu. Hazırda Bakıdayam. Bu həftənin sonuna kimi “Dənizlispor”dan cavab gözləyəcəyəm. Əgər cavab gəlməsə, başqa təkliflərə baxacağam”.
Səbuhi TOFİQOĞLU

0
0