“Ayaks”ın futbolçusu rəsmən “Qəbələ”də!
05.06.2013 - 16:39
“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Ayaks”ın heyətində 2 dəfə Hollandiya çempionu olmuş gənc yarımmüdafiəçi Lorenzo Ebesilyo növbəti mövsüm “qırmızı-qaralar”ın şərəfini qoruyacaq. Onunla 1 il müddətinə müqavilə imzalanıb.
24 sentyabr 1991-ci ildə dünyaya gələn Lorenzo Ebesilyo peşəkar futbolçu karyerasına Hollandiya “Ayaks”ında başlayıb. Gənc olmasına baxmayaraq, baxımlı oyunu ilə diqqət çəkən Lorenzo “Ayaks”ın heyətində 52 oyunda 11 dəfə fərqlənib. Ebesilyo “Ayaks”da keçirdiyi iki mövsümdə - 2010-2011 və 2011-2012 mövsümlərində Hollandiya çempionluğuna yiyələnib. Futbolçu komandasının Avroliqa və Çempionlar Liqası oyunlarında da forma geyinib. Lorenzo son mövsümdə Donetsk “Metallurq”unda top qovub.
Ebesilyo 2007-ci ildən – 16 yaşından Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət alıb. O “zanbaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

0
0