Yubiley və nəhs
05.06.2013 - 17:33
2014-cü il dünya çempionatının seçmə mərhələsində iyunun 7-də Lüksemburqla ev oyununda qazanılacaq qələbə Azərbaycan millisi üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, komandamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə yubiley – 10-cu qələbəsinin bir addımlığındadır.
Belə ki, 32-ci seçmə mərhələ oyununa çıxacaq millimiz arxada qalan dövrdə 9 qələbə qazanıb, 10 heç-heçə edib, 12 oyunda uduzub. Topların fərqi 27-36 rəqiblərin xeyrinədir. Yığmamız seçmə mərhələdə ilk qələbəsini 1996-cı il avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığması üzərində qazanıb.
Cari seçmə mərhələdə 3 xal toplasa da, hələlik qələbəsi olmayan Berti Foqtsun yetirmələri sonuncu dəfə 21 ay öncə buna sevinib. Belə ki, millimiz 2011-ci ilin sentyabrın 6-da Qazaxıstan yığmasını Respublika stadionunda 3:2 hesabı ilə yenəndən sonra rəsmi oyunda qələbə qazana bilməyib.
Millimiz qrup autsayderinə qalib gələrsə, bu, Foqts üçün nəhs – 13-cü qələbə olacaq. Belə ki, 2008-ci ilin aprelində baş məşqçi təyinatı gerçəkləşən çalışdırıcı indiyədək bu postda 57 oyunda 12 qələbəyə sevinib. Foqtsun komandası 17 dəfə heç-heçə edərək, 40 dəfə uduzub. Millimiz vurduğu 44 qolun qarşılığında 83 dəfə öz qapısında top görüb.
Ümumiyyətlə, 21 yaşı olan millimiz tarixində 197-ci oyuna çıxacaq. Bunlardan 35-də qələbə qazanılıb, 51-də heç-heçə, 110 dəfə məğlubiyyət olub. Topların fərqi 136-341 yığmamızın əleyhinədir.
Qeyd edək ki, millimiz sonuncu qələbəsini bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində qazanıb. Lixtenşteyn yığması ilə Dubaydakı həmin təlim-məşq toplanışında 1:0 hesablı qələbə Vaqif Cavadovun penaltidən vurduğu qolla qazanılıb.

0
0