“Turnirin komandam üçün faydalı olduğunu düşünürəm”
05.06.2013 - 20:14
“Qol vəziyyətlərindən istifadə etmək baxımından problemlərimiz var. Bunun nəticəsidir ki, həm yarımfinalda, həm də 3-cü yer uğrunda oyunda belə vəziyyətlə üzləşdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstanın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Nodar Akobiya deyib.
O, III Caspian Cup beynəlxalq turnirinin 3-cü yer uğrunda keçirilən matçda Yaponiya yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə məğlub olmalarını dəyərləndirib: “Amma turnirin komandam üçün faydalı olduğunu düşünürəm, çünki futbolçularım müxtəlif oyun üslubu sərgiləyən yığmalarla qarşılaşdı. Bizi oktyabrda Avropa birinciliyinin elit-raundunun oyunları gözləyir və bu turniri də hazırlıq prosesinin bir hissəsi kimi dəyərləndirmək olar. Yüksək təşkilatçılığa görə isə sizə xüsusi minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, yarımfinalda Gürcüstan yığmasının qarşısını millimiz kəsib.
Mənbə: affa.az

0
0