“Rəqib əks hücumlarda qol vurmağa çalışırdı”
05.06.2013 - 20:21
“Rəqib əks hücumlarda qol vurmağa çalışırdı”
“Taktiki baxımdan yaxşı hazırlaşmış komandaya qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Yaponiyanın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Yoşitake Hirofumiyə məxsusdur.

O, III Caspian Cup beynəlxalq turnirinin 3-cü yer uğrunda keçirilən oyununda Gürcüstan yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Gürcüstan yığması müdafiəyə daha çox diqqət yetirib əks hücumlarda qol vurmağa çalışırdı. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmadı. Penaltilər seriyasında isə hər iki komandanın şansları eyni idi. Caspian Cup turniri bizim yaxşı təcrübə oldu. Dünyanın müxtəlif yığmaları ilə qarşılaşmaq imkanı qazandıq. Sevindirici haldır ki, turniri 3-cü pillədə başa vurduq”.

Mənbə: affa.az