“Fənərbaxça” aldı, futbolçunun atası təkzib etdi
05.06.2013 - 21:08
“Fənərbaxça” “Zenit”in mərkəz müdafiəçisi Brunu Alveşin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, hər iki klub arasında danışıqlar uğurla keçərək, İstanbul klubu ilkin razılığa nail olub.
Bununla bağlı olaraq, Portuqaliya millisinin futbolçusunun atası və meneceri Vaşinqton Alveşdən maraqlı açıqlama gəlib.
O bildirib ki, transferin həllindən 31 yaşlı oyunçunun xəbəri yoxdur: “Hələ ki nə olduğunu tam bilmirəm. Bu, çox maraqlıdır. Çünki sadəcə, hər iki komanda anlaşıb. Bizim tərəfdən heç nəyin həll olunduğu bir şey yoxdur. Gərək onların Brunu ilə də danışmalı idilər”.
Qeyd edək ki, Alveş 2010-cu ildə “Zenit”ə “Porto”dan 22 milyon avroya transfer olunub.

0
0