“Bavariya” “Fair Play” mükafatına layiq görüldü
05.06.2013 - 22:04
“Bavariya” “Fair Play” mükafatına layiq görüldü
Almaniya Bundesliqası “feyr-pley” qaydalarına əməl edən komandaların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ada ölkə çempionu, Almaniya kuboku və Çempionlar Liqasını qazanan “Bavariya” layiq görülüb.

Münhen klubu bütün rəqiblərini qabaqlayaraq, ilk pillədə qərarlaşıb. “Bavariya”nın izləyiciləri isə “Şalke” və Avropanın ən titullu klub turnirinin finalçısı Dortmund “Borussiya”sıdır.

Aşağı divizionda isə “Frankfurt” “Köln” və Ayntraxt “Braunşveyq”ini qabaqlayaraq, birinci olub.

Qeyd edək ki, “feyr-pley” qaydalarına sarı və qırmız vərəqələrin göstərilməsi, rəqibə və hakimə hörmətlə yanaşmaq, klubun idarə heyəti və azarkeşlərinin davranışı aiddir.