“Azərbaycan yığması yaxşı oyun nümayiş etdirdi”
05.06.2013 - 23:04
“Azərbaycan yığması yaxşı oyun nümayiş etdirdi”
“Gözəl turnir oldu. Yeniyetmə futbolçuların inkişafı baxımından bu cür turnirlərin böyük əhəmiyyəti var”. Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyənin 17 yaşadək futbolçularından ibarət yığma komandasının baş məşqçisi Hakan Tecimerə məxsusdur.

Qardaş ölkənin millisinin çalışdırıcısı III Caspian Cup beynəlxalq turnirinin finalında yığmamıza 4:1 hesabı ilə qalib gəlmələrinin dəyərləndirib: Oyuna gəlincə, Azərbaycan yığma komandası yaxşı oyun nümayiş etdirdi. Penaltidən sonra bizim komanda daha yaxşı oynamağa başladı. Təşkilatçılıq barədə onu deyə bilərəm ki, istər otel, istərsə də məşq meydançaları - hər şey yüksək səviyyədə idi”.

Mənbə: affa.az