Con Toşak istirahətdə - FOTOLAR
05.06.2013 - 23:40
Con Toşak istirahətdə - FOTOLAR
Dövrələr arası yay fasiləsində istirahətə buraxılan “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak əvvəlcə Türkiyəyə oradan da İspaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, hazırda uelsli mütəxəssis Barselonadakı evində dincəlir.

Bir müddət ayrı düşdüyü evinə qayıtdıqdan sonra sevimlilərinin əhatəsində olan 64 yaşlı çalışdırıcı gündəlik gimnastika və əlbəttə ki, velosiped sürməyə də vaxt ayırır. Toşak istirahətdə olmasına baxmayaraq, öz işi ilə məşğul olmağı da unutmur. Komandasına bir neçə mövqedə lazım ola biləcək transferlərlə yaxından maraqlanır və bəzən bu məqsədlə şəxsi əlaqələrindən istifadə edərək görüşlər də keçirir.

Toşakın xanımı ev itlərinin müxtəlif cinslərinin nümayəndələrini toplamağa həvəs göstərir. Toşak və xanımı tez-tez bu ev heyvanları ilə birgə şəhər kənarına gəzintiyə də çıxırlar.

Mənbə: 12cioyuncu.info