Nigeriyalı futbolçular Konfederasiya Kubokunu boykot edir
13.06.2013 - 20:02
Nigeriyalı futbolçular Konfederasiya Kubokunu boykot edir
Nigeriya yığma komandasının oyunçuları ilə ölkə futbol federasiyası arasında münaqişə yaranıb. Apasport.az saytının məlumatına görə, buna DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Namibiya ilə 1:1 hesablı heç-heçədən sonra futbolçulara verilən mükafatların az olması səbəb olub.

Komandanın üzvləri federasiyanın onlara verdikləri mükafatlara narazılıqlarını bildirərək, ondan imtina ediblər. Bundan sonra futbolçular Konfederasiya Kubokunda iştirak etmək istəmədikləri bildiriblər. Onlar Braziliyada keçiriləcək turnirdə meydana məmurların çıxmasını təklif ediblər.

Həmçinin oyunçuların ölkə futbol federasiyasına digər narazıçılıqları da var. Belə ki, komandanın baş məşqçisi Stefan Keşi köməkçilərinin maaşını öz cibindən ödəyir. Buna görə də futbolçular Konfederasiya Kubokunu boykot edir.