“Bayer”in hücumçusu “Çelsi”yə keçdi
13.06.2013 - 20:55
“Çelsi” uzun müddətdir ki, heyətinə qatmaq istədiyi “Bayer”in hücumçusu Andre Şyurlenin transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, London klubu 22 yaşlı futbolçunun keçidi üçün Bundesliqa təmsilçisi ilə razılığa gəlib.
Gənc oyunçunun transfer dəyəri 22 milyon avro təşkil edib. “Zadəganlar” Şyurle ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Andre 2011-ci ildən Leverkuzen klubunun formasını geyinir. O, 83 matçda meydana çıxıb və rəqib qapılarından 23 top keçirib. Şyurle Almaniya yığmasın heyətində isə 24 oyunda mübarizə aparıb və 7 qola imza atıb.

0
0