“Vilyarreal”ın futbolçusu Amerika MLS liqasında
13.06.2013 - 21:39
“Vilyarreal”ın futbolçusu Amerika MLS liqasında
“Vilyarreal”ın yarımmüdafiəçi Markos Sennanın yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu 11 il formasını geyindiyi İspaniya klubunu tərk edərək, Amerika MLS liqasına yollanıb.

Onun yeni komandası “Nyu-York Kosmos”dur.

Qeyd edək ki, 2002-ci ildən “Vilyarreal”ın şərəfini qoruyan Markos 286 oyunda meydana çıxıb və rəqib qapılarından 25 top keçirib. O, 2006-2008-ci illərdə İspaniya milli komandasının formasını geyinib. Senna Priney təmsilçisi ilə AVRO-2008-in qalibi olub.