Cennaro Qattuzo yalnız ölümdən qorxur
13.06.2013 - 22:10
Cennaro Qattuzo yalnız ölümdən qorxur
“Hazırda “Syon”la müqaviləmin müddətini vaxtından əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunması ilə bağlı sənədləşmə işi gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan” və “Syon”nun sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo deyib.

İtaliyalı oyunçu futbolçu karyerasını başa vuraraq, “Palermo”ya yeni baş məşqçi təyin olunmasını şərh edib: “Soruşursunuz ki, “Palermo”da tez-tez məşqçi dəyişikliyi edən komandanın prezidenti Maurisio Camparinidən qorxurammı? Xeyr. Mən yalnız ölümdən qorxuram. Biz klub rəhbəri ilə danışdıq və bir-birimizə hörmət etdiyimiz bildirdik. Ümid edirəm ki, əməkdaşlığımız məhsuldar alınacaq. Fabritsio Mikkoli komandada qalacaqmı? Bilmirəm. Onun müqaviləsi bu yay başa çatır. Lakin mən ona yeni müqavilə təklif edəcəklərindən xəbərsizəm”.

Qeyd edək ki, Qattuzo İsveçrə klubuna son mövsümün ikinci yarısında oynayan məşqçisi təyin olunmuşdu.