“Barselona” Messinin günahsız olduğuna əmindir”
14.06.2013 - 00:10
“Messi və atası sakitliyi tam saxlayırlar. Onlar bizim dəstəyimizə bel bağlaya bilərlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın prezidenti Sandro Rosel deyib.
Kataloniya klubunun rəhbəri Lionel Messi və atası Orasio Xorxu 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəməkdən boyun qaçırdıqları iddiası ilə məhkəməyə verilmələrini şərh edib: “Mən Lionelin günahı olmadığına inanıram. Buna ən kiçik şübhəm belə yoxdur. Bu hadisə haqqında biləndə, mən dərhal Argentinaya zəng vurdum. Biz tamamilə onun tərəfindəyik. Həmişə Messiyə dəstək olacağıq. Bizlər onun arxasındayıq. “Barsa” Messinin günahsız olduğuna əmindir”.

0
0