Xoakin “Malaqa”nı İtaliya klubuna dəyişdi
14.06.2013 - 01:36
Xoakin “Malaqa”nı İtaliya klubuna dəyişdi
“Malaqa”nın yarımmüdafiəçisi Xoakin Sançes növbəti mövsüm İtaliya A seriyasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu “Fiorentina” ilə rəsmi müqavilə imzalayıb.

Sançes 2016-ci ilə qədər Florensiya təmsilçisinin şərəfini qoruyacaq. “Fiorentina” bu transferin reallaşması üçün qarşı tərəfə 2 milyon avro ödəyib.

Qeyd edək ki, Xoakin 2011-ci ildən “Malaqa”nın heyətində top qovub. O, iki mövsümdə rəqib qapılarına 9 dəfə yol tapıb.