Rumıniya çempionatında qeyri-adi hadisə - VİDEO
14.06.2013 - 02:02
Rumıniya çempionatında qeyri-adi hadisə - VİDEO
Rumıniya çempionatının 4-cü divizionunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Çisoda” – “Unirya” qarşılaşması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları stadiona girərək, hər iki komandanın futbolçular və məşqçilər heyətinin yerə uzanmasını tələb edib.

Buna isə bir futbolçunun həbs edilməsi səbəb olub. Adı açıqlanmayan həmin oyunçu ciddi qayda pozuntularına yol verməkdə günahlandırılır.