Şotlandiya klubunun oyunçuları satışa çıxarıldı
14.06.2013 - 04:00
Şotlandiya klubunun oyunçuları satışa çıxarıldı
Şotlandiya klubu “Harts” iqtisadi baxımdan olduqca çətin günlərini yaşayır. Apasport.az saytının məlumatına görə, borcların çoxluğu səbəbi ilə iflas olan Britaniya təmsilçisi bütün oyunçularını satışa çıxarıb.

Son 30 ilin ən pis nəticəsinə sahib olan “Harts” mövsümü 10-cu pillədə başa vurub. Buna görə də onlar ölkə futbol federasiyasından çox az bir ödəniş alacaqlar. Bu məvacib də komandanın təcili ödəniləcək borcu üçün yetərli olmayacaq.

Klubun baş direktoru David Souzern bildirib ki, gələn transfer təkliflərini dəyərləndirəcəyik: “Çox çətin bir vəziyyətlə qarşı-qarşıyayıq. Qısa müddətdə ödənilməsi lazım olan təxminən 20 milyon avroluq borcumuz var. Tez bir zamanda bunu həll etməliyik. Futbolçularımız üçün hər gələn təklifi qəbul etməyəcəyik. Bir neçə oyunçumuzu da satmayacağıq. Əldə etdiyimiz pullarla borcumuzu ödəyib, növbəti mövsümün hazırlıqlarına başlayacağıq”.