Adriano Qalliani Mario Balotelliyə inanır
14.06.2013 - 04:43
“Milan”ın vitse-prezidenti Adriano Qalliani komandasının gələcək planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub nümayəndəsi “rossonyerlər”in növbəti mövsüm Çempionlar Liqasının finalında mübarizə aparacaqlarını və həlledici mərhələdə “qırmızı-qaralar”ın hücumçusu Mario Balotellinin iki qol vuracağına inanır.
O bildirib ki, yeni mövsümdə “Milan” yalnız nailiyyətlər haqqında düşünəcək: “Növbəti mövsüm komandamız daha güclü olacaq. Mən əminəm ki, Çempionlar Liqasının finalına çıxacağıq. Hətta həlledici görüşdə Balotelli rəqibin qapısından iki top keçirəcək və bu qollar da bizə qələbə gətirəcək”.
Qeyd edək ki, “Milan” Çempionlar Liqasını sonuncu dəfə 2007-ci ildə qazanıb.

0
0