Abışovun komandası Roberto Soldado ilə maraqlanır
14.06.2013 - 05:22
“Valensiya”nın hücumçusu Roberto Soldado Rusiya Premyer Liqasında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı oyunçu ilə Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” yaxından maraqlanır.
Bundan başqa, şimal qonşularımızın digər klubu “Anji” də Soldadonu heyətində görmək istəyir. Həmçinin Dortmund “Borussiya”sı, “Tottenhem” və “Atletiko”nun da Robertoya maraq göstərdikləri bildirilir.
Qeyd edək ki, Soldado başa çatan mövsümdə 35 oyunda meydana çıxıb və rəqib qapılarından 24 top keçirib.

0
0