Bakıda meydana çıxan çalışdırıcı “Malaqa”da!
14.06.2013 - 19:02
“Malaqa”nın yeni baş məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Manuel Pelleqrininin “Mançester Siti”yə gedişindən sonra rəhbərlik yeni çalışdırıcı axtarışına son qoyub.
Belə ki, çilili mütəxəssisin boş qalan postuna Bernd Şuster gətirilib. İspaniya klubu bir müddətdir ki, danışıqlar apardığı 53 yaşlı almaniyalı çalışdırıcı ilə 5 illik rəsmi müqavilə imzalayıb. Şuster gələn həftə xüsusi mətbuat konfransında ictimayyətə təqdim ediləcək. Berndin “Malaqa”da köməkçisi isə “Levante” və “Hetafe”nin sabiq futbolçusu Fabio Selestini olacaq.
Qeyd edək ki, Şuster “Barselona” (1980-1988), “Real” (1988-1990 və “Atletiko”da (1990-1993) futbolçu kimi çıxış edib. O, daha sonra bir çox klubları çalışdırıb. Bernd 2011-ci ildə “Beşiktaş”dan gedəndən sonra işsizdir.
Almaniyalı mütəxəssis Bakıda keçirilən mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşündə meydana çıxıb.

0
0