“Mançester Siti” Pelleqrininin təyinatını rəsmən açıqladı
14.06.2013 - 19:31
“Mançester Siti” Pelleqrininin təyinatını rəsmən açıqladı
“Mançester Siti” komandanın yeni baş məşqçi Manuel Pelleqrininin rəsmən təyinatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ingilis klubu 59 yaşlı mütəxəssislə üç illik müqavilə imzalayıb.

Həmçinin Pelleqrini özü ilə sabiq komandası “Malaqa”dan 3 köməkçisini də “Mançester Siti”yə gətirib. Bunlar assistent, qapıçılarla işləyən məşqçi və fitnes məşqçidir.

Qeyd edək ki, çilili çalışdırıcı “Malaqa”ya 2010-cu ildən rəhbərlik edib.