“Fənərbaxça” Kadleçin keçidi üçün “Bayer”lə razılaşdı
14.06.2013 - 20:38
“Fənərbaxça” Kadleçin keçidi üçün “Bayer”lə razılaşdı
Növbəti mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Fənərbaxça” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “sarı bülbüllər” “Bayer”in müdafiəçisi Mixal Kadleçlə anlaşıb.

Hər iki klubun rəsmi saytları bu xəbəri təsdiqləyib. İstanbul təmsilçisi çexiyalı futbolçunun keçidi üçün leverkuzenlilərlə ilkin razılığa gəlib. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı oyunçu başa çatan mövsümdə Bundesliqada 14 matçda meydana çıxıb və rəqib qapılarından yalnız 1 top keçirib.