Ruslan Abışovsuz “Rubin” uduzdu
14.06.2013 - 21:33
Ruslan Abışovsuz “Rubin” uduzdu
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi növbəti mövsümə hazırlığa Slovakiyanın “Zlate-Moravtse” klubu ilə yoxlama oyunu ilə start verib.

Ötən çempionatı 8-ci yerdə başa vuran “Rubin”in rəqibi görüşdən qalib ayrılıb - 0:1.

Tatarıstanlıların Avstriyadakı ikinci rəqibi də Slovakiya təmsilçisi olacaq. “Rubin” bu dəfə Miyava “Spartak”ı ilə üz-üzə gələcək. Matç iyunun 18-də baş tutacaq. “Rubin”in axırıncı oyunu iyunun 22-də Rumıniya çempionu “Styaua” ilədir. Kazanlılar Sloveniyadakı təlim-məşq çərçivəsində isə iyulun 3-də Ukraynanın “Zarya” klubu ilə yoxlama matçı keçirəcək.

Qeyd edək ki, Ruslan Abışov komandasına Avstriyadakı hazırlığın gedişində qoşulacaq.