Liviya yığması dünya çempionatının bir addımlığında
14.06.2013 - 22:44
Liviya yığması dünya çempionatının bir addımlığında
2014-cü il dünya çempionatının seçmə mərhələsinin Afrika zonasında 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Liviya millisi doğma publika önündə Toqo yığmasını qəbul edib.

Tripoli şəhərində baş tutan matçda meydan sahibləri qalib gəlib. Görüş 2:0 hesabı başa çatıb.

Bu qələbədən sonra Liviya xalını 9-a çatdırıb və I qrupunda liderliyini davam etdirir. 4 xalla Toqo isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl bu qarşılaşma Benqazidə keçirilməli idi. Lakin partlayışlar olduğu üçün FİFA matçın məkanını paytaxt Tripoliyə təyin edib. Amma buna baxmayaraq, toqolular bununla razılaşmayıblar və onlar qəbul edən tərəfin görüşün keçirilməsi zamanı təhlükəsizliyi təmin edə biləcəklərini bildirmişdirlər.


DÇ-2014-ün seçmə mərhələsi
14 iyun
I qrupu


Liviya – Toqo - 2:0
Saleh, 7, Amevu, 18-avtoqol