“Mançester Siti”də istedadlı futbolçular var”
15.06.2013 - 01:42
“Mənə “Mançester Siti”dən fantastik təklif gələndə çox şad oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Siti”nin yeni baş məşqçisi Manuel Pelleqrini deyib.
Çilili çalışdırıcı ingilis klubuna keçidini şərh edib: “Hər kəs burada müvəffəqiyyət qazanmağın necə lazım olduğunu bilir. Mən bu klubun uğur əldə etməsi üçün bacardığım hər şey edəcəyəm. “Mançester Siti”də hər cür şərait var. Burada o qədər istedadlı oyunçular və əla işləyən futbol mütəxəssisləri mövcuddur. Biz çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.
Qeyd edək ki, “Mançester Siti” Manuel Pelleqrini ilə üç illik müqavilə imzalayıb.

0
0