“Bavariya” İtaliyada hazırlaşacaq
15.06.2013 - 03:00
Almaniya çempionu “Bavariya”nın yeni mövsüm hazırlıqlarına başlayacaqları məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Münhen klubu İtaliyanın Trento muxtar əyalətində hazırlıq keçəcək.
Məşqlər iyulun 4-dən 12-dək davam edəcək. Çempionlar Liqasının qalibi burada 2 yoldaşlıq görüşü keçirəcək. Onlar iyulun 5-də Trentonun azarkeşlər yığmasına qarşı oynayacaq. 4 gündən sonra isə “Breşiya”ya qarşı test matçı keçəcək. “Bavariya” Almaniyaya iyulun 12-də dönəcək.
Qeyd edək ki, “Bavariya” ötən ilin yayında ən uğurlu mövsümünün bünövrəsini Trento da qoyub.

0
0