FİFA Maskerano barəsində araşdırma aparır
15.06.2013 - 04:05
FİFA Maskerano barəsində araşdırma aparır
FİFA Argentina millisinin yarımmüdafiəçisi Xavyer Maskeranonu cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu “Barselona”nın futbolçusu barəsində araşdırma aparır.

Belə ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Ekvador yığması ilə oyunun 87-ci dəqiqədə Maskerano zədələnib. Daha sonra onu meydandan tibb avtomobillə çıxarıblar. Bu zaman isə futbolçunun üzərinə butulkadan su tökülüb. Xavyer də nəqliyyat vasitəsinin sürücüsünü təpiklə vurub. Maskeranonun bu səhv hərəkətinə görə isə görüşün baş hakimi onu qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Ekvador - Argentina matçı 1:1 hesabı ilə başa çatıb.