İtaliya yığmasının heyətində ciddi itki
15.06.2013 - 05:02
İtaliya yığmasının heyətində ciddi itki
Bu gün Konfederasiyalar Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, Braziliyada hazırlıqlarını davam etdirən İtaliya yığma komandası ciddi itki ilə üzləşib.

“Neradzura”nın hücumçusu Mario Balotelli Rio-de-Janeyro şəhərindəki məşqdə zədələnərək, sıradan çıxıb. Komandanın həkimləri onun sabah Meksika millisi ilə oyunda meydana çıxmasının çətin olacağı bildiriblər. Lakin son qərar Balotellinin tibbi müayinədən keçdikdən veriləcək.

Qeyd edək ki, Meksika – İtaliya qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.