“Bavariya”nın rəqibi müəyyənləşdi
16.06.2013 - 00:22
“Bavariya”nın rəqibi müəyyənləşdi
Almaniya kubokunun 2013-2014 mövsümünün püşk atması keçirilib. Apasport.az saytının məlumatına görə, 64 komandanın mübarizə apardiğı turnirdə bütün rəqiblər müəyyənləşib.

Belə ki, Bundesliqanın və sözügedən kubokun hazırkı qalibi “Bavariya” ölkə çempionatının 4-cü divizionunda mübarizə aparan “Reden”lə qarşılaşacaq. Dortmund “Borussiya”ı isə “Vilqelmshafena” ilə üz-üzə gələcək.

Qeyd edək ki, oyunlara avqustun əvvəlində start veriləcək.