Avro-2012-nin finalçıları qələbə qazandı - YENİLƏNİB
17.06.2013 - 03:52
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə təşkil edilən yarışın 2-cü günündə bu gecə daha iki görüş baş tutub.
Açılış matçında Braziliyanın Yaponiya üzərində böyük hesablı qələbəsindən sonra yenə A qrupunun digər iştirakçıları meydana çıxıb. Belə ki, Avro-2012-nin finalçısı İtaliya yığması Meksika millisi ilə üz-üzə gəlib. Görüşdə “skuadra adzurra” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Matçda əvvəlcə hesabı Apenin təmsilçisi açıb. Oyunun 27-ci dəqiqəsində Andrea Pirlo fərqlənib. Lakin italiyalıların qol sevinci çox çəkməyib. 34-cü dəqiqədə Xavyer Hernandes təyin edilən penaltini dəqiq yerinə yetirərək, hesaba tarazlıq gətirib. İlk hissə bu hesabla tamamalanıb. İkinci yarıda hücumlarının kəsərini artıran baş məşqçi Çezare Prandellinin yetirmələri meksikalıları cəzalandırmağı bacarıb. Qolun müəllifi isə 78-ci dəqiqədə Mario Balotelli olub.
B qrupunda isə Avropa çempionu İspaniya Cənubi Amerikanın ən güclüsü Uruqvayla münasibətlərinə aydınlıq gətirib. Bu matçda da köhnə qitənin təmsilçiləri eyni hesablı qələbəyə seviniblər – 2:1. İspaniyanın heyətində 20-ci dəqiqədə Pedro Rodriqes və 32-ci dəqiqədə Roberto Soldado fərqlənib. unu Uruqvayın yeganə qolunu oyunun başa çatmasına 2 dəqiqə qalmış Luis Suares ispaniyalıların qapısından keçirib.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
16 iyun
A qrupu
İtaliya – Meksika - 2:1
QOLLAR: Pirlo, 27, Balotelli, 78 - Hernandes, 34-pen
İtaliya: Buffon, Abate, Barsali, Kellini, De Şilo, De Rossi, Pirlo, Montolivo, Cakkerini, Markizio, Balotelli
Meksika: Korona, Flores, Rodriqes, Moreno, Salsido, Torrado, Savala, Akino, Quardado, Xavyer Hernandes, Do Santos
B qrupu
İspaniya – Uruqvay - 2:1
QOLLAR: Pedro, 20, Soldado, 32 - Suares, 88

0
0