AFFA-nın qəbul etmədiyi oyun İstanbulda keçiriləcək
16.06.2013 - 15:30
AFFA-nın qəbul etmədiyi oyun İstanbulda keçiriləcək
Türkiyə Superkubokunun keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər - “Qalatasaray” - “Fənərbaxça” qarşılaşması ölkə xaricində baş tutmayacaq.

Belə ki, Türkiyə Futbol Federasiyası oyunun İstanbuldakı “Atatürk Olimpiya” stasionunda oynanılmasına qərar verib. 80597 azarkeş tutumuna malik olan stadionun tribunaları “Cim-Bom” və “sarı bülbüllər” üçün bərabər bölünəcək.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək bu matç üçün daha əvvəl TFF AFFA-ya müraciət etmişdi. Lakin AFFA vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi. Daha sonra İsveç və Makedoniya finalı ölkələrində keçirmək üçün TFF-yə bildirsə də, federasiya bunu qəbul etməyərək hər iki ölkənin futbol federasiyalarına təşəkkür etmişdi.