Millimiz Türkiyəyə uduzdu - FOTOLAR
16.06.2013 - 15:42
Millimiz Türkiyəyə uduzdu - FOTOLAR
İtaliyada keçirilən çimərlik futbolu üzrə Avroliqa yarışları davam edir. Apasport.az saytının məlumatına görə, I diviziona vəsiqə uğrunda Azərbaycan milli komandası da mübarizə aparır.

İlk görüşdə İsrailə böyük hesabla uduzan yığmamız dünən Türkiyə ilə üz-üzə gəlib. Komandamız yenə meydandan qalib ayrıla bilməyib – 2:6.