“Reden” - “Bavariya” matçı digər stadionda keçirilə bilər
16.06.2013 - 16:35
Almaniya kubokunun 2013-2014 mövsümündə ölkə çempionatının 4-cü divizionunda mübarizə aparan “Reden”lə üz-üzə gələcək “Bavariya”nın oyunu digər stadionda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, hələ ki görüşün baş tutacağı məkan müəyyənləşməyib.
Belə ki, Reden Aşağı Saksoniya əyalətində kiçik icmadır. Əhalisi isə 2 min nəfərdir. Yerli klubun ev stadionu yalnız 4350 tamaşaçı tutur. Ehtimal edilir ki, bu komandalar arasında baş tutacaq matç daha böyük stadionda keçiriləcək. Bu haqda Münhen təmsilçisinin rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, Almaniya kubokunun ilk oyunlarının hamısı eyni gündə keçiriləcək. Bundesliqanın startından – avqustun 5-dən bir həftə əvvəl reallaşacaq. Dəqiq tarix isə növbəti həftə ərzində məlum olacaq.

0
0