“Qəbələ” nigeriyalı hücumçu ilə 1 illik müqavilə imzaladı - FOTO
16.06.2013 - 17:51
“Qəbələ” nigeriyalı hücumçu ilə 1 illik müqavilə imzaladı - FOTO
“Qəbələ” sıralarını daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” nigeriyalı hücumçu Əbdülvahid Afolabinin keçidini həll edib.

Əyalət təmsilçisi nigeriyalı forvardla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu karyerası boyunca “Niger Tornados” (Nigeriya), “Tavriya” (Ukrayna) və “Kuban” (Rusiya) komandalarında top qovub. O, həmçinin ölkəsinin gənclər yığmasının üzvüdür.