Yığmamız 3-cü oyunda da məğlub oldu
16.06.2013 - 18:19
Yığmamız 3-cü oyunda da məğlub oldu
İtaliyada keçirilən çimərlik futbolu üzrə Avroliqa yarışlarının qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, I diviziona vəsiqə uğrunda mübarizə aparan Azərbaycan milli komandası qrupda III – son oyununa çıxıb.

Yığmamızın rəqibi Macarıstan futbolçuları olub. Görüşdə komandamız yenə məğlubiyyətlə üzləşib. Əvvəlcə hesabda 3 top fərqi ilə üstün olan millimiz sonradan qapısından 4 top buraxıb. Lakin futbolçularımız hesabı bərabərləşdirməyi bacarıblar. Penaltilər seriyasında isə rəqibimiz yığmamızdan üstün olub.

Qrupumuzun digər matçında isə İsrail Türkiyəni 9:6 hesabı ilə məğlub edib.

Bununla da, hər iki komanda I diviziona vəsiqə qazanıblar.

Qeyd edək ki, daha əvvəl komandamız İsrailə 1:7, Türkiyəyə isə 2:6 hesabı ilə uduzmuşdu.