Almaniya futbolu böyük itkilərlə üzləşdi
16.06.2013 - 18:53
Almaniya futbolu böyük itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin iki əfsanəvi oyunçusu Ottmar Valter və Hayns Floe dünyasını dəyişib.
Qardaşı Frislə birgə “Kayzerslautern”də top qovmuş 89 yaşlı Valter 1954-cü ilin dünya çempionatında Almaniya milli komandasının formasını geyinib. Bu mundialda 4 top vuran Ottmar Qərbi Almaniyanın ilk dəfə kubok qazanmasında böyük rol oynamışdı. O, karyerası ərzində 21 dəfə yığmasının heyətində çıxış edib və 10 qola imza atıb.
65 yaşlı Floe isə 1974-cü ilin dünya çempionatında Almaniya yığmasının şərəfini qoruyub və turnirdə rəqib qapılarından 2 top keçirib. Hayns infarkt keçirdiyi üçün 2 ildir ki, koma vəziyyətində yatırdı.

0
0