Yupp Haynkes futboldan birdəfəlik gedir
16.06.2013 - 19:10
Yupp Haynkes futboldan birdəfəlik gedir
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes bundan sonra heç bir komandanı çalışdırmayacaq. Apasport.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis məşqçi karyerasını davam etdirməyə hazırlaşmır.

Bunu iyulun 1-dən etbiarən Münhen klubunu Xosep Qvardiolaya təhvil verəcək olan Haynkesin özü bildirib: “Mən siz inandıra bilərəm ki, daha baş məşqçi vəzifəsində çalışmayacağam. Almaniya milli komandasının “sükanı arxası”nda olmaq kimi bir istəyim yoxdur”.

Qeyd edək ki, Yupp Haynkes “Bavariya”ya Almaniya çempionluğu, ölkə kuboku və Çempionlar Liqasını qazandırıb.