Andrea Pirlo “Marakana”da yubiley matçına çıxacaq
16.06.2013 - 20:00
Andrea Pirlo “Marakana”da yubiley matçına çıxacaq
Bu gün Braziliyada keçirilən Konfederasiyalar Kubokunun qrup oyunlarında Meksika ilə qarşılaşacaq İtaliya yığma komandasının yarımmüdafiəçisi Andrea Pirlo üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 34 yaşlı oyunçu “skuadra adzurra”nın heyətində yubiley matçına çıxacaq.

Əgər baş məşqçi Çezare Prandelli Pirloya şans verərsə, onda o, məşhur “Marakana” stadionunda 100-cü dəfə İtaliya yığmasının formasını geyinmiş olacaq.

Qeyd edək ki, İtaliya – Meksika matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.