İngilis klubları Hollandiyanın gənc oyunçusu ilə maraqlanır
16.06.2013 - 20:50
İngilis klubları Hollandiyanın gənc oyunçusu ilə maraqlanır
“Mançester Yunayted” və “Çelsi” Hollandiyanın gənclər yığmasının yarımmüdafiəçisi Marko van Qinkeli əldə etməyə çalışır. Apasport.az saytının məlumatına görə, artıq “qırmızı şeytanlar”ın skautları İsraildə keçirilən Avropa çempionatında “Vitess”nın 20 yaşlı futbolçunu izləyirlər.

Qinkelin London klubuna keçməsi isə daha inandırıcı görünür. Çünki “Vitessa”nın prezidenti ilə “Çelsi”nin sahibi Roman Abramoviç arasında sıx əlaqələr var. Lakin transferlə bağlı hələ ki heç bir məlumat bildirilmir.

Qeyd edək ki, Marko van Qinkel 2010-cu ildən “Vitessa”nın şərəfini qoruyur.