“Mən Kavaninin transfer olunmasını istəyirdim”
16.06.2013 - 21:21
“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini ingilis klubunda işlədiyi müddətdə “Napoli”nin hücumçusu Edinson Kavanini sərəncamında görmək istəyirmiş. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Uruqvay yığmasının futbolçusunun transferini ilə bağlı klubun daxili iclasında ciddi müzakirələr aparıb.
Mançini bildirib ki, təcrübəli oyunçunun keçidi komanda üçün dəyərli olacaq: “Mançester Siti”də işləyən zaman klubun daxili iclasında, Kavaninin transferi haqqında tez-tez danışırdım. Çünki Edinsonu izləməyə və onu əldə etməyə dəyər. Lakin indi həqiqətən onunla “şəhərlilər”in maraqlandığını bilmirəm”.

0
0