Mourinyo Torresə şans verəcək
16.06.2013 - 21:47
Mourinyo Torresə şans verəcək
“Torresin vəziyyəti mənim xoşuma gəlmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis “zadəganlar”ın hücumçusu Fernando Torresin fiziki vəziyyəti haqqında danışıb: “O, öz imkanlarından daha pis oynayır və mükəmməl formasından uzaqdır. Mən Torresin “Liverpul”da necə yaxşı çıxış etdiyini xatırlayıram. Lakin Fernando “Çelsi”də yaxşı oynamır. O, heç vaxç belə olmamışdı. Mən ona şans verəcəyəm ki, özünü sübut etsin. Torres bunu bacarar. Çünki o, komandada qalmaq istəyir”.