Uesli Sneyder: “Qalatasaray”a borcum var
16.06.2013 - 22:29
Uesli Sneyder: “Qalatasaray”a borcum var
“Mənim Joze Mourinyo ilə xüsusi münasibətlərim var. Onunla işləmək xoşuma gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder deyib.

Hollandiyalı futbolçu “Cim-Bom”u tərk edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib: “Lakin mən “Qalatasaray”ı və azarkeşləri tərk edə bilmirəm. Çünki onlara heyran olmuşam. Burada ən azı yanvara qədər oynamaq və öz komandama kömək etmək istəyirəm. İstambulu çox sevirəm. Burada yeni ölkə və başqa mədəniyyət gördüm. Türkiyədən getmək mənə çətin olacaq. Klubum mənə bel bağlamağa haqlıdır. Rəhbərlik mənim transfer olunmağım üçün çox səy qoydu. İstənilən yerə gedə bilmirəm, çünki onlara borcum var”.