“Xəzər Lənkəran” iyunun 18-də bir araya gələcək
16.06.2013 - 23:30
“Xəzər Lənkəran” iyunun 18-də bir araya gələcək
Mövsümlər arası yay fasiləsində istirahətdə olan “Xəzər Lənkəran” iyunun 18-də Bakıda bir araya gələcək. Apasport.az saytının məlumatına görə, paytaxtın “Modern” otelində toplanacaq komanda 18-dən 19-na keçən gecə saat 04:00-da Bakı-İstanbul reysi ilə Türkiyəyə yollanacaq.

Daha sonra Atatürk hava limanından Münhenə uçacaq “Xəzər Lənkəran” Bavariya vilayətinin mərkəzindən Misbah şəhərciyinə qədər olan 60 km-lik yolu avtobusla qət edəcək.

“Xəzər Lənkəran” təlim-məşq toplantısında bu şəhərciyin “Hotel Best Western Premier Bayerischer Hof Miesbach”da məkunlaşacaq.

Mənbə: 12cioyuncu.info