İtaliya - Meksika matçının ən yaxşı oyunçusu müəyyənləşdi
17.06.2013 - 02:14
Braziliyada keçirilən Konfederasiyalar Kubokunun qrup oyunlarında İtaliya – Meksika matçının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Avro-2012-nin finalçısının yarımmüdafiəçisi Andrea Pirlodur.
34 yaşlı futbolçu oyunun 27-ci dəqiqəsində hesabı açıb. Bu isə onun “skuadra adzurra”nın heyətində 13-cü qolu olub.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda keçirilən matçda Pirlo 100-cü dəfə İtaliya millisinin formasını geyinib.

0
0