“İnter” də Almaniyaya gedir
18.06.2013 - 14:33
“İnter” də Almaniyaya gedir
“İnter”in “Unterhaxinq”lə keçirəcəyi yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az-ın məlumatına görə, Almaniya klubunun rəsmi saytı da sabah təmsilçimizlə qarşılaşacağını təsdiqləyib.

3-cü liqa klubu iyunun 15-də Türkiyədə keçiriləcək dünya çempionatına hazırlaşan Nigeriya U-20-nə ilk yoxlama oyununda 0:3 hesabı ilə məğlub olub. Unterhaxinq klubu 2-ci yoxlama oyununu məhz “bankirlər”ə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, “İnter” bu oyunu keçirmək üçün Avstriyadan Almaniyaya gedəcək. Çünki oyun Avstriya ilə sərhəddə olan Qrassau qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, bir klubumuzun Almaniyaya gedəcəyi dəqiqləşib. Bu, sabahdan həmin ölkədə hazırlıqlara başlayacaq “Xəzər Lənkəran”dır. “Qəbələ”nin isə iyulun 17-dən Almaniyada hazırlıq keçmək variantı var.