Nasimov pley-off-da İordaniya ilə oynayacaq
19.06.2013 - 00:36
DÇ-2014-ün seçmə mərhələsinin Asiya zonasında qrup oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq 4 komanda Braziliyada keçiriləcək mundiala vəsiqə qazanıb.
Yaponiya, Avstraliya, İran və Cənubi Koreyanın ardından növbəti komanda isə pley-off görüşlərindən sonra məlum olacaq.
Belə ki, “Neftçi”nin hücumçusu Bahodir Nasimovun milli komandası Özbəkistan bu mərhələdə İordaniya yığması ilə qarşılaşacaq.
Sonuncular isə B qrupunun yekun matçında Omanı 1:0 hesabı ilə məğlub edərək, xalını 10-a çatdırıb və 1 xalla rəqibini üstələyib. İordaniyanın yeganə qolunun müəllifi 57-ci dəqiqədə Əhməd Xayel İbrahim olub.
Beləliklə, Asiya zonasının pley-off oyunlarında İordaniya ilə Bahodir Nasimovun komandası üz-üzə gələcək. Qələbə qazanan tərəf isə Cənubi Amerika zonasında 5-ci komanda ilə oynayacaq.

0
0