Brus Abdulaye qayıtdı, “İnter”ə yeni legionerlər gəldi
22.06.2013 - 16:55
Brus Abdulaye qayıtdı, “İnter”ə yeni legionerlər gəldi
“İnter”in fransalı futbolçusu Brüs Abdulaye komandaya qayıdıb. Apasport.az saytının məloumatına görə, Konqo əsilli 31 yaşlı mərkəz müdafiəçisi Türkiyədəki təlim-məşq toplanışına ailə məsələlərinin həlli ilə əlaqədar gələ bilməyəcəyini demişdi.

Bundan sonra komanda onun yolunu Avstriyadakı təlim-məşq toplanışında gözləyirdi. Abdulaye ötən mövsüm bürünc medal qazandığı Bakı klubundan ayrılmaq fikrində olmadığı dönüşü ilə göstərib. Belə ki, o, hazırda Rusiyanın “Krasnodar” klubu ilə keçirilən yoxlama oyununda iştirak edir. Brüs yenidən 20 nömrəli formanı geyərək, start heyətində meydana daxil olub.

Bakılıların yüksək liqa təmsilçisi ilə matçında 2 yeni legioner da var. Belə ki, 4 nömrəli formada olan Benites start heyətində yer alıbsa, gürcü müdafiəçi Salauli (2 nömrə) sona kimi ehtiyatda qalıb.