Mançini Çin yığmasında Kamaçonu əvəz edəcək
23.06.2013 - 20:00
Mançini Çin yığmasında Kamaçonu əvəz edəcək
“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini yenidən komanda çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssislə bir neçə klublar maraqlanır.

Bundan başqa, Mançini hər hansı milli komandanın da “sükanı arxası”na keçə bilər: “Artıq iş haqqında bir neçə danışıqlar oldu. Mən İngəltərə Premyer Liqasına qayıda bilərəmmi? Bəli. İngiltərə, Fransa və İtaliyadan təkliflər almışam. Həmçinin milli komandaya da başçılıq etməyə hazırarm” - deyə, Mançini, bildirib.

Ehtimal edilir ki, Roberto Çin yığmasını çalışdıracaq. O, Asiya təmsilçisinin baş məşqçisi Xose Kamaçonu yaxın vaxtlarda əvəz edə bilər.